Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Xələfbəyli Səadət Vaqif qızı Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.  

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, Səadət Xələfbəyli 1979-cu ildə Zaqatala şəhərində anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər” ixtisası üzrə bakalavr, 2013-cü ildə isə Böyük Britaniyanın Kent Universitetinin “Miqrasiya Tədqiqatları” ixtisası üzrə fərqlənmə ilə magistr dərəcəsini əldə edib.