Belarus lideri Aleksandr Lukaşenko hakimiyyətdə qalmağa çalışmağının səbəbini açıqlayıb.

Unikal.org-un xəbərinə görə, Lukaşenko Rusiya jurnalistlərinə müsahibəsində bildirib ki, hakimiyyətdə ailəsinə və uşaqlara görə qalmağa çalışır.

“Mənim uşaqlarım və yanımda olanların uşaqları... Onları tikə-parça edəcəklər. Küçələrə axışanlardan özünüzdə görürsünüz ki.... Küçələrdəki adamcıqları demirəm, onlar elə günü sabah unudulacaqlar. Söhbət çoxlarınızın görmədiklərindən gedir, mən isə onları görürəm. Bax elə bu da məni ayaqda saxlayır”, - deyə Belarus prezidenti etiraf edib.