ABŞ-ın Florida ştatında yaşayan Rus vətəndaşı Oksana Piari xarici görünüşü ilə gündəm yaradıb.
Unikal.org xəbər verir ki, 38 yaşlı Oksana Piari 20 ildir universitetdə idman dərslərini tədris edir. Belə ki, dayanmadan idmanla məşğul olan Piarinin inkişaf etmiş bədən əzələlərini görənlər hər kəsin təəccübünə səbəb olur. Hətta onu "canavar qadın" adlandırırlar.
Oksana, 34 yaşlı həyat yoldaşı Artem ilə universitetin idman zalında tanış olduğunu və bədən əzələlərinin sevgisi ilə böyüdüyünü bildirib. Arvadından ilham aldığını qeyd edən Artem, "Fiziki mükəmməlliyə çatmaq üçün bir-birimizi motivasiya edirik" - deyə bildirib.