Braziliya Prezidenti Jair Bolsonaru əməliyyat olunub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl koronavirusdan sağalan Bolsonaru bu dəfə böyrək daşından əməliyyat keçirib.
“Prosedur ağırlaşmalar olmadan həyata keçirilib. Xəstə sabit vəziyyətdədir”, - Braziliyanın Kommunikasiya Nazirliyinin məlumatında qeyd olunub.
Əməliyyat ümumi anesteziya altında və lazer avadanlıqlarından istifadə etməklə həyata keçirilib.