Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 35 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 35 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 595 nəfərə çatıb.