Türkiyədə saxta içkidən zəhərlənərək ölənlərin sayı 32 nəfərə çatıb.
Uniikal.org xəbər verir ki, zəhərlənmə halları Kırıkkale, İzmir, Mersin, İstanbul və Muğlada qeydə alınıb. Hazırda saxta içkidən zəhərlənən 33 nəfərin müalicəsi davam edir. Onların vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, faktla bağlı ölkə üzrə genişmiqyaslı araşdırmalar aparılır. İlkin məlumata görə, 20 tona yaxın saxta içki aşkarlanıb. Saxta içkilərin hazırlanmasında şübhəli bilinən 4 nəfər saxlanılıb.