Rusiyada ana azyaşlı övladını asaraq qətlə yetirib.  

Unikal.org xəbər verir ki, hadisə Rusiyanın Puşkino qəsəbəsində baş verib. Belə ki, 43 yaşlı müəllimə Lyubov Melnikova, həyat yoldaşı və 13, 14 yaşlı qızları idmana getdikdən sonra azyaşlı oğlunu ilə tək qalıb.  

Daha sonra Lyubov idmandan qayıdan ata və qızlarını evə daxil olmasına icazə verməyib.  Lakin ata Vasili içəri daxil olaraq oğlunun asılmış cəsədini görüb. Hadisə yerinə polis cəlb olunub. 43 yaşlı Lyubov polis bölməsinə gətirilib.

Ana Melnikovun cinayəti niyə törətdiyi bilinməsə də, Rusiya İstintaq Komitəsi, "Dörd yaşlı oğlunu öldürən Lyubov Melnikovanın tutulduğu və hadisə ilə bağlı istintaq başladıldığı bildirib.