Bazar günündən etibarən İran istədiyi ölkəyə silah sata və ala biləcək.

Unikal.org xəbər verir ki, İran prezidenti Həsən Ruhani bunu kabinetin iclasında deyib.

Prezident vurğulayıb ki, on illik embarqonun ləğvi, əsasən İran diplomatlarının səylərinin nəticəsidir.

Qeyd edib ki, ABŞ nə Əfqanıstanda, nə də İŞİD-lə mübarizədə vəziyyəti normallaşdırmaq məqsədlərinə çatıb: “Əfqanıstanda ABŞ bir fəlakət yaratdı, İraq və Suriya xalqları, İranlı döyüşçülər kimi İŞİD-lə mübarizə apardı”.

Xatırladaq ki, avqust ayında ABŞ İrana silah embarqosunu uzatmaq məqsədinə çatmayıb. BMT Təhlükəsizlik Şurasında belə bir qərar layihəsi böyük əksəriyyətlə qəbul edilməyib.