“Qalatasaray”ın bir futbolçusunda koronavirus aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə oktyabrın 31-də baş tutacaq “Ankaragücü” ilə Super Liqa matçı öncəsi bütün kollektivdən koronavirus testi götürüldüyü diqqətə çatdırılıb. Nəticədə futbolçulardan birinin testi müsbət nəticə verib. Adı açıqlanmayan oyunçu karantinə alınıb və müalicəsinə start verilib.
Super Liqanın daha bir təmsilçisi – “Yeni Malatyaspor” da iki futbolçusunun koronavirusa yoluxduğunu açıqlayıb. Klubun mətbuat xidməti həmin oyunçuların adlarını açıqlamasa da, onların karantinə alındığı və nəzarətə götürüldüklərini bildirib.