UFC prezidenti Dana Uayt “CBS Sports Radio”nun efirində Həbib Nurməhəmmədovun karyerasını bərpa edəcəyini gözlədiyini bildirib.
Unikal.org xəbər verir ki, D. Uayt döyüşçü ilə bağlı bu sözləri deyib: “Mən döyüşdən sonra Həbib və komandası ilə danışdım, onlar emosiyalara qərq olmuşdular. O, geri qayıdıb 30-cu qələbəsini qazana bilər. Mən bunu səbirsizliklə gözləyirəm.
Onun atası belə olmasını istəyirdi. Onun geri dönüşü necə olacaq? Hələ bilmirəm, heç kim bilmir”, - deyə D.Uayt bildirib.
Xatırladaq ki, 32 yaşlı rusiyalı döyüşçü ABŞ idmançısı Castin Qetjiyə qalib gəldikdən sonra karyerasını bitirdiyini elan edib.