“Roma”nın baş məşqçisi Paulo Fonsekanın evi qarət edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu, cümə günü 47 yaşlı mütəxəssisin klubun bazasında olduğu zaman baş verib.
Həmin vaxt onun həyat yoldaşı və övladı da evdə olmayıb.
Fonsekaya təxminən 100 min avroluq zərər vurulub.