Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turuna start veriləcək.
Unikal.org xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarının oyunları keçiriləcək.
A qrupu çərçivəsində Madrid “Atletiko”su səfərdə “Lokomotiv”lə qarşılaşacaq. Qrupun lideri “Bavariya” isə Avstriyada “Zalsburq”un qonağı olacaq. B qrupu çərçivəsində ilk iki turda qələbəyə həsrət olan “Real” doğma meydanda “İnter”i qəbul edəcək. Münhenqladbax “Borussiya”sı “Şaxtyor”la üz-üzə gələcək.
D çərçivəsində lider “Liverpul” çətin “Atalanta” səfərinə yollanacaq. Danimarkanın “Midtyulland” klubu “Ayaks”la münasibətlərinə aydınlıq gətirəcək.
3-cü turun digər görüşləri sabah keçiriləcək.
Çempionlar Liqası, qrup mərhələsi, 3-cü tur
3 noyabr
A qrupu
21:55 Lokomotiv (Moskva, Rusiya) – Atletiko (İspaniya)
00:00 Zalsburq (Avstriya) – Bavariya (Almaniya)
B qrupu
21:55 Şaxtyor (Donetsk, Ukrayna) – Borussiya (Münhenqladbax, Almaniya)
00:00 Real (İspaniya) – İnter (İtaliya)
C qrupu
00:00 Mançester Siti (İngiltərə) – Olimpiakos (Yunanıstan)
00:00 Portu (Portuqaliya) – Marsel (Fransa)
D qrupu
00:00 Atalanta (İtaliya) – Liverpul (İngiltərə)
00:00 Midtyulland (Danimarka) – Ayaks (Niderland)
4 noyabr
F qrupu
21:55 Zenit (Rusiya) – Latsio (İtaliya)
00:00 Brügge (Belçika) – Borussiya (Dortmund, Almaniya)
H qrupu
21:55 Başakşəhər (Türkiyə) – Mançester Yunayted (İngiltərə)
00:00 Leyptsiq (Almaniya) – PSJ (Fransa)
E qrupu
00:00 Sevilya (İspaniya) – Krasnodar (Rusiya)
00:00 Çelsi (İngiltərə) – Renn (Fransa)
G qrupu
00:00 Barselona (İspaniya) – Dinamo (Kiyev, Ukrayna)
00:00 Ferentsvaroş (Macarıstan) – Yuventus (İtaliya)