İŞİD Vyanadakı terrora görə məsuliyyəti öz üzərinə götürdü.
Unikal.org xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Xatırladaq ki, bazar ertəsi axşam naməlum şəxslər Avstriya paytaxtının mərkəzində bir neçə hücum təşkil ediblər. Hadisə nəticəsində hücumçulardan biri və dörd mülki şəxs həlak olub. Daha 18 nəfər yaralanıb.
Hökumət baş verənləri terror aktı kimi dəyərləndirib. Avstriyada üç günlük milli matəm elan olunub.