"Mançester Siti"nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasının 8-ci turunda "Liverpul"la oyunu buraxacaq.
Unikal.org xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola matç öncəsi jurnalistlərə açıqlamasında deyib. O, zədəli argentinalı hücumçunun hələ hazır olmadığını bildirib.
Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" görüşü noyabrın 8-i keçiriləcək.