AFFA-nın təşəbbüsü ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən komandalar yaradılacaq.

Unikal.org  AFFA-nın saytına istinadən xəbər verir ki, komandalar növbəti mövsümdən etibarən AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqası turnirində iştirak edəcək.