Braziliyanın “Palmeyras” klubunda çıxış edən Felipe Melonun ayaq biləyi sınıb.
Unikal.org xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçinin Braziliya çempionatında “Vasko da Qama”ya qarşı keçirdikləri oyunun (1:0) 80-ci dəqiqəsində rəqibi ilə girdiyi ikili mübarizədə ayaq biləyi qırılıb. Meydanı xərəkdə tərk edən Melo dərhal xəstəxanaya aparılıb.
Karyerası ərzində İspaniyada “Rasinq”, “Malyorka”, “Almeriya”, İtaliyada “Yuventus”, “İnter”, Türkiyədə “Qalatasaray” kimi klublarda çıxış edən Melo, 2017-ci ilin yayından “Palmeyras”ın şərəfini qoruyur. Yarımmüdafiəçi Braziliya yığmasında 22 oyunda 2 qol vurub.