“Barselona”nın sabiq futbolçusu Samuel Eto ölkəsi Kamerunda qəzaya düşüb.
Unikal.org xəbər verir ki, 39 yaşlı keçmiş hücumçu avtomobiliylə qəza keçirib. Bu barədə Kamerun mətbuatı məlumat yayıb.
Nkonqsamba şəhərində qəza keçirən Etonun avtomobili yararsız vəziyyətə düşüb. Keçmiş futbolçunun xəstəxanaya yerləşdirildiyi və sağlıq durumunun yaxşı olduğu bildirilir.
Eto karyerası ərzində “Real”, “Leqanes”, “Espanyol”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Antalyaspor” və “Konyaspor” klublarında forma geyinib. O, Kamerun yığmasında 118 oyun keçirib.