Portuqaliyanın "Sportinq" klubunun gənclərdən ibarət komandasının oyunçusu Travares güllə yarası alıb.
Unikal.org xəbər verir ki, Lissabon təmsilçisinin 18 yaşlı hücumçusu Brunu Tavares sinəsindən yaralanaraq, xəstəxanaya yerləşdirilib. Hadisənin qəza nəticəsində baş verdiyi bildirilir. Belə ki, Tavaresin dostları avtomobildə tapança ilə zarafat ediblər və səhvən atəş açılıb.
Futbolçu yaxınlıqdakı xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. O, hazırda həkimlərin nəzarəti altındadır.