Ermənistanın Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyan mitinqdən Milli Təhlükəsizlik Komitəsinə aparılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətindən bildiriblər.

Hadisə 17 müxalif partiyanın xalqa birgə çağırışı ilə bu gün keçirilməsi planlaşdırılan mitinq ərazisində baş verib.