"Sevilya" futbolçusunu 55 milyon avroya satmaqdan imtina edib.
Unikal.org "Eldesmarque"yə istinadla xəbər verir ki, yayda "Mançester Siti" Jüli Kunde üçün ispanlara bu məbləği təklif etsələr də, imtina alınıb.
"Sevilya"nın idman direktoru Monçi adıçəkilən sayta açıqlamasında qərarın səbəbini açıqlayıb: "Bu barədə çox götür-qoy etdik. Xeyrimizə və ziyanımıza ola biləcək amilləri nəzərdən keçirəndən sonra "Mançester Siti"nin təklifinə "yox" dedik. Əla təklif idi, hətta mükəmməl deyərdim. Sadəcə, bizim istədiyimiz deyildi. Bəlkə də Kundenin qiyməti odur və ya ona yaxındır. Amma addım atmazdan əvvəl bir futbolçunun itkisinin komandaya necə təsir edəcəyini də düşünməlisən. İdman direktorunun işi və məsuliyyəti, bax, budur".