Sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən Azərbaycan ərazilərinə 30 mindən artıq mərmi atılıb.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsinə həsr olunan mətbuat konfransında bildirib.