UEFA Millətlər Liqasının VI turunda keçiriləcək Lüksemburq - Azərbaycan matçının təyinatları müəyyənləşib.
Unikal.org xəbər verir ki, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.
Referi Feliks Tsvayerə yan xətt hakimləri Torsten Şiffner və Marko Axmüller köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Harm Osmers yerinə yetirəcək.
Hakim-inspektor İngiltərədən Maykl Rayli, UEFA nümayəndəsi isə niderlandlı Tammo Beyşuizen olacaq.
Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Lüksemburq - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.