Türk Şurasının gənclər və idman məsələləri üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib.
GİN-dən Unikal.org-a verilənəlumata görə, videoformatda keçirilmiş iclasda ilk olaraq Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münsabəti ilə üzv ölkələrin nümayəndələri tərəfindən təbrik ünvanlanıb.
Daha sonra aşağıdakı məsələlər müzakirə edilib.
2019-cu ildə Bişkek şəhərində keçirlmiş Gənclər və İdman nazirlərinin 4-cü iclasının protokolunun icrası;
COVİD-19 pandemiya dövründə birgə fəaliyyət və əməkdaşlıq;
“Türk Şurası çərçivəsində coxtərəfli və ikitərəfli gənclər və gənclər sahəsində işləyən əməkdaşlar arasında mübadilə proqramları üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi;
İdman Könüllülərinin 1-ci Onlayn Sammitinin keçirilməsi;
Gənc Sahibkarlar Forumunun keçirilməsi;
Türk Şurası Gənclər Platformasının 2-ci Baş Assambleyasının keçirilməsi;
Türk Şurası 4-cü Gənclər Festivalının keçirilməsi;
Türk Şurası 5-ci Beynəlxalq Gənclər Düşərgəsinin keçirilməsi;
Türk Şursı 3-cü Gənc Liderlər Forumunun keçirilməsi
Türk Şurası Könüllülərinin Təlim Proqramının keçirilməsi;
4-cü Dünya Küçəri Oyunlarının keçirilməsi;
2-ci Türk Universitetləri İdman Oyunlarının keçirilməsi.
Sonda Türk Şurası Gənclər və İdman nazirlərinin 5-ci iclasının keçirilməsinə dair fikir və məlumat mübadiləsi aparıldı.
İclasda Azərbaycanı Gənclər və İdman Nazirliyinin sektor müdirləri Aydın Məmmədov, Fuad Babayev və İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə təmsil ediblər.