Mingəçevir şəhərində 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.