NATO baş katibi Yens Stoltenberq Türkiyə ilə münasibətlər barədə danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, NATO baş katibi Türkiyənin təşkilat daxilindəki fəaliyyətini yüksək qiymətləndirib. Yens Stoltenberq həmçinin Türkiyəyə qarşı olan Avropadakı bəzi dairələrə cavab verib.

"Türkiyə NATO və Qərb ailəsinin bir parçasıdır. Bunu unutmamalıyıq. Türkiyə bizim müttəfiqimizdir", - deyə baş katib bəyan edib. Türkiyənin İraq və Suriya kimi ölkələrlə həmsərhəd olduğunu vurğulayan Stoltenberq müxtəlif terror qruplaşamaları, o cümlədən İŞİD-lə mübarizədə Türkiyənin fəal rolunun önəmini ifadə edib.