İsrail 2024-cü ilin əvvəlində Aya növbəti missiyanı göndərəcək.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Elm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, göndəriləcək missiya pilotsuz olacaq. “Bereşit-2” adlı layihə təcrübə aparıb məlumat toplamaq üzrə iki kosmik gəmini və bir orbital aparatı səmaya uçurulmasını nəzərdə tutur.