Prezident seçkilərində məğlub olan Donald Tramp bir daha "Twitter"də qalib gəldiyini elan edib, ancaq "Fake News Media” adlandırdığı Amerika mediasını günahlandırıb.
Unikal.org xəbər verir ki, onun narazılığının səbəbi mətbuatın seçki kampaniyaları dövründə qalib gələn Co Baydenin oğlunun işini işıqlandırmamasıdır. Prezident FTB və Ədliyyə Nazirliyinə qarşı da eyni narazılığı edib.
Ancaq Tramp hesab edir ki, bu amillər belə onun seçkidə qazanmasına mane olmayıb.
"Niyə Fake News Media, FTB və Ədliyyə Departamenti Bayden işiylə bağlı seçkidən əvvəl məlumat vermədi? Nəysə, seçkiləri onsuz da biz qazanmışıq - 75.000.000 SƏS!!!" - Trampın tvitində deyilir.
Qeyd edək ki, Delaver ştatının hakimiyyəti Co Baydenin oğlu Hunterə qarşı iddia qaldırıb. Bu barədə RİA Novosti onun yazılı açıqlamasına istinadən xəbər verib. O özü vergidən yayınma ehtimalı ilə bağlı bir araşdırma aparıldığını bildirib.