"Səbail" klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevin atası Adilxan Ağayev vəfat edib.

Unikal.org xəbər verir ki, Kamran Ağayevin atası 72 yaşında koronavirusdan dünyasını dəyişib.

Mərhum dəfn üçün Şabran şəhərinə aparılacaq.