Rusiyada koronavirusa qarşı vaksinlərin istehsalında artıma gediləcəyi bildirilib.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, "Sputnik V" vaksinləri ilə bərabər "EpiVakKorona" vaksinlərinin istehsalına başlanılacaq.
İstehsalın artırılması da məhz koronavirus əleyhinə "EpiVakKorona" vaksinlərində nəzərdə tutulur. Artıq bununla bağlı tibbi və iqtisadi əsaslandırma hazırlanıb. Planlaşdırma işləri davam edir.