Malidə partlayış baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Afrika regionunda yerləşən ölkənin Hombori bölgəsində əvvəlcədən quraşdırılmış bomba partladılıb. Partlayış nəticəsində ölkədəki Fransa hərbi kontingentində xidmət edən 3 fransız əsgəri həyatını itirib.

Məlumatı Fransa Müdafiə Nazirliyi də təsdiqləyib. Həmçinin Fransa prezidenti Emmanuel Makronun əsgərlərin ailələrinə başsağlığı verdiyi bildirilir. Hazırda araşdırma aparılır.