Türkiyədə daha 3 terrorçu həbs edilib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Osmaniye şəhərində baş verib. Saxlanılanların hər üçü İŞİD terror təşkilatı ilə əlaqəli oub. Onların Suriya ərazisində terror fəaliyyyətlərində aktiv iştirakı üzə çıxıb.
Həbs edilənlər ərəb əsilli Suriya vətəndaşlarıdır. Onlar növbətçi məhkəməyə çıxarılaraq mühakimə olunublar. Hazırda araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.