Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş bütün dünya əhalisinə Yeni il mesajı verib.  

Unikal.org xəbər verir ki, Quterreş 2021-ci ildə ümid işıqlarının göründüyünü ifadə edərək, "Təbiətlə barışaq və iqlim böhranı ilə mübarizə aparaq, Covid-19-u məğlub edib 2021-i şəfa ili edək",- deyə təklif edib.

İnsanların pandemiyanın gətirdiyi yoxsulluq, bərabərsizlik, aclıq və şiddətə qarşı bir-birlərinə kömək əlini uzadıqlarını qeyd edən Quterreş, ümid işığının birlik və həmrəyliklə dünyanın hər yerinə çatacağını söyləyib.  

"Ölümcül bir virusdan qurtulaq, korlanmış iqtisadiyyatlara və cəmiyyətlərə şəfa verək, bölünmələri sağaldıb planetin yaxşılaşmasına başlayaq", - deyə Baş katib bildirib.