Birləşmiş Millətlər Təşkilatı (BMT) Səudiyyə Ərəbistanına qadın aktivist Lüceyn Əl-Həzlulu azad etmək barədə çağırış ünvanlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin insan haqları üzrə müvafiq qurumu olan komissarlıq aktivistin 5 il 8 aylıq qanunsuz həbsini pisləyib. Bu vaxta kimi onsuz da 2.5 il qanunsuz olaraq həbsdə saxlandığını və dərhal azadlığa buraxılmasını tələb edib.

Həbsin narahatlıq doğurduğunu və qadının azadlığa buraxılmasının mümkün olduğu vurğulanıb. L.Əl-Həzlul Səudiyyə Ərəbistanında qadınların haqları ilə bağlı mübarizə aparan ictimai fəal olub. O, 2018-ci ildə həbs edilib.