İran öz istehsal etdiyi koronavirus əleyhinə vaksinlərin sınaqlarına başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İranın yerli vaksini "COVIRAN BEREKET" adlanır. İlkin mərhələ olan heyvanlar üzərindəki sınaqlar artıq başa çatıb.

Hazırda insanlar üzərində sınaqlar edilir. 3 könüllü vaksinasiyadan keçib. Ümumilikdə 56 nəfərin üzərində vaksinlərin test ediləcəyi bildirilir. Nəticələr uğurlu olarsa, vaksinin geniş əhali kütlələrinə tətbiq edilməsi reallaşacaq.