Səudiyyə Ərəbistanının sərhədləri koronavirusa (COVİD-19) görə martın 31-dək bağlı qalacaq.
Unikal.org “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama verib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti bir sıra ölkələrdə koronavirusun yeni mutasiyası aşkarlandığı üçün dekabrın 21-dən beynəlxalq hava limanlarını, habelə dəniz və qurudakı sərhəd keçid məntəqələrini bir həftəlik müddətə bağlamış, dekabrın 28-də isə müddəti daha bir həftə uzatmışdı.
Bu günədək ölkədə 363 582 nəfər koronavirusa yoluxub, onlardan 6 282 nəfər vəfat edib.