Rusiyanın Krasnoyarsk diyarının Norilsk şəhərində qar uçqunu olub, qarın altında beş nəfərin qaldığı ehtimal edilir.
Unikal.org xəbər verir ki, bu barədə TASS-a fövqəladə xidmətlərdəki mənbə bildirib.
"Norilsk ətrafında qar uçqunu oldu, ilkin məlumata görə, qarın altında ikisi uşaq olmaqla, beş nəfər qalıb", - mənbə agentliyə bildirib.
FHN-nin məlumatına görə, beş ev uçqunun altında qalıb.
"Saat 20:30-da (Bakı vaxtı ilə saat 21:30-da) “Qora otdelnaya” dağ xizək kompleksi ərazisində qar kütləsinin axını barədə xəbər daxil oldu”, - deyə Rusiyanın Fövqəladə Hallar Nazirliyində bildiriblər.
Qeyd edilir ki, beş ev uçqunun altında qalıb, həmin vaxt evlərdə bir neçə nəfər olub, onların sayı dəqiqləşdirilir.