Hindistanda kənd təsərrüfatı sahəsində çalışan insanların etirazları davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, kənd təsərrüfatı sahəsində aparılan islahatlarla bağlı qəbul edilmiş yeni qanunun ləğv edilməsi tələbi ilə etiraz edən fermerlərin bir qrupu hökumət üzvləri tərəfindən qəbul ediliblər.
Səkkizinci dəfə baş tutan görüşdə Hindistanın kənd təsərrüfatı naziri və baş nazirin xüsusi təmsilçisi iştirak edib. Razılığa gələ bilməyən tərəflər görüşü 15 yanvara ertələyiblər. Fermerlər etirazlara davam edəcəklərini açıqlayıblar. Onlar hökumətin yalnız sözügedən qanunu ləğv edəcəyi təqdirdə dialoqa qayıda biləcəklərini elan ediblər.