Ukraynada paylanan saxta koronavirus (Kovid-19) peyvəndi ölkədə çaxnaşmaya səbəb olub.

Unikal.org xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən edilən açıqlamada, ölkəyə qanunsuz olaraq "Pfizer-BioNTech" peyvəndi adı altında gətirilən bəzi təhlükəli dərmanların paylandığı müəyyən olunub.  

Mövzu ilə əlaqədar bir istintaq başladıldığı və sözügedən maddələrin səhiyyə müəssisələrində və ya başqa bir yerdə istifadəsi ilə əlaqədar yoxlamalar aparıldığı qeyd edilib.