Danimarka parlamenti fəaliyyətini dayandırıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın qanunverici orqanının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, parlamentin fəaliyyəti müvəqqəti olaraq dayandırılır.
Buna səbəb kimi koronavirus pandemiyasının ölkə ərazisində geniş yayılması göstərilib. COVID-19 təhlükəsinə görə parlamentin fəaliyyətinin iflic vəziyyətinə düşdüyü qeyd olunub. Qanunverici orqanının fəaliyyətini nə zaman bərpa edəcəyi hələ açıqlanmayıb.