Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında PKK-nın Suriya qanadı YPG-nin üç terrorçusunu məhv edib.
Unikal.org “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd edilir ki, silahlılar "Barış pınarı" əməliyyatının keçirilməsi zonasına girməyə çalışıblar.
"Bizim qəhrəman komandomuz PKK/YPG terrorçularının "Barış pınarı" əməliyyatının keçirilməsi zonasına keçməsinin daha bir cəhdinin qarşısını aldı. PKK/YPG-nin sülh və əmin-amanlığı pozmaq məqsədi ilə hücum hazırlamış üç silahlısı zərərsizləşdirilib", - nazirliyin xəbərində deyilir.
PKK 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyədə qanlı cinayətlər həyata keçirib. Terror təşkilatının üzvləri tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin həlak olub.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil edib.