“Həm regionda, həm də Bağdadla əməkdaşlığımız nəticəsində terrorçuları tamamilə zərəsizləşdirmək qərarımız qətidir”.
Unikal.org xəbər verir ki, bunu İraqda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.
Türkiyə Müdafiə Nazirliyinin məlumatında yer alan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülərlə birgə 36 saatlıq İraq səfərini dəyərləndirən nazir bildirib ki, səfər çərçivəsində 8 vacib görüş keçirilib və bir çox sahələrdə İraq rəhbərliyilə danışıqlar razılıqla nəticələnib: “Önümüzdəki günlərdə nə edəcəyimiz barədə danışdıq. Həm təkbtək, həm də heyətlərarası danışıqlarımızın həyata keçirilməsi üçün fəaliyyətlərimiz və əməkdaşlıqlarımız, təcrübə mübadilələrimiz davam edəcək. NATO-dakı biliklərimizi və təcrübəmizi İraqlı qardaşlarımıza çatdırmaq üçün səylərimizi də gündəmə gətirdik. Ortaq təlimlər və məşqlər keçirəcəyik, Bundan başqa təlim təhsil, dil mövzuları ilə bağlı da qarşılıqlı razılaşma əldə etdik. Hərbi heyətlərimiz qarşılıqlı olaraq ziyarətlərdə olacaq”, - deyə nazir bildirib.