İraqın paytaxtı Bağdad şəhərində hava limanına hücum edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hava limanına aviazərbələr endirilib. Ölən və yaralanan yoxdur. Dağıntılar var.

Hava hücumunun məsuliyyətini üzərinə götürən qruplaşma yoxdur. Bağdad hava limanı ABŞ-ın Viktoriya hərbi bazası ilə eyni kvartalda yerləşdiyi üçün tez-tez terrorçuların hədəfinə çevrilir.