Bəzi ölkələrdə “Facebook”, “WhatsApp” və “Instagram” istifadəçiləri bu xidmətlərin istifadəsində problemlərlə üzləşiblər.
Unikal.org “Downdetector”a istinadən xəbər verir ki, problemlərin mövcudluğu barədə Finlandiya, Estoniya, İsveç, Rusiya və digər ölkələrdən olan istifadəçilər xəbər veriblər.
Portalın yaydığı məlumata görə, “WhatsApp” istifadəçilərinin 83%-i serverə qoşulma problemi ilə üzləşib, 15%-i veb-səhifədən istifadə edə bilmədiyi bildirib, qalanı isə servisə daxil ola bilməyiblər.
“Facebook”un işində də dayanmalar müşahidə olunub. İstifadəçilərin əksəriyyəti (87%-i) saytı yükləyərkən problem yaşayıblar, digərləri isə sosial şəbəkəyə daxil ola bilməyiblər.
“Instagram”la problemlərlə daha çox Rusiya, Estoniya, Finlandiya və digər ölkələrdən olan istifadəçilər qarşılaşıblar. İstifadəçilərin 55%-də xəbər lenti yüklənməyib, 27%-i profillərinə daxil ola bilməyib, 17%-i isə veb saytın işindən şikayətləniblər.