“Qarabağ”ın sabiq futbolçusu Ailton Silva karyerasını Danimarkada davam etdirəcək.
Unikal.org xəbər verir ki, braziliyalı müdafiəçi “Midtyulland” klubu ilə anlaşıb. Bu barədə Danimarka mətbuatı məlumat yayıb. Ailton mövsümün sonuna qədər icarə əsasında “Midtyulland”da çıxış edəcək.
Müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan 26 yaşlı futbolçu 2019/20 mövsümünü “Qarabağ”da keçirib. Ailton “köhlən atlar”da 15 oyuna çıxıb. Müdafiəçi 2015/16 mövsümündə də “Neftçi”nin formasını geyinib.