Məşhur sovet və rus aktyoru Andrey Myaqkov vəfat edib.

Unikal.org  “RİA Novosti”yə istinadla xəbər verir ki, 83 yaşlı aktyor Moskvadakı evində dünyasını dəyişib.

İlkin məlumata görə, sənətçinin ölüm səbəbi kəskin ürək çatışmazlığı olub. Həyat yoldaşı onu evdə ölmüş vəziyyətdə aşkarlayıb.

Myaqkov xüsusilə "Taleyin ironiyası", “İşdə məhəbbət məcarası” filmləri ilə milyonların sevgisini qazanıb.