Tanınmış müğənni Demi Lovato bir müddət əvvəl artıq dozada narkotik maddədən istifadə etdiyinə görə üç dəfə iflic və infarkt olduğunu deyib.
Unikal.org xəbər verir ki, bu haqda 28 yaşlı ifaçı BBC kanalına müsahibəsi zamanı bildirib.
Sənətçi həmin vaxt həkimlərin ona ölümün bir addımlığında olduğunu deyiblər. Demi hazırda sağalsa da, həddən artıq narkotik maddə qəbul etdiyinə görə beynindən zədə alıb. Lovato hazırda bununla bağlı müalicələr aldığını qeyd edib.