Bir müddət əvvəl vəfat edən aparıcı Larri Kinqin varisləri onun var-dövlətini bölə bilmirlər.

Unikal.org xəbər verir ki, Kinqin 2019-cu ildə boşandığı aktrisa Şoun Suazvik və ən böyük övladı Larri Kinq Jr. aparıcının mirası üstünüdə dava edirlər.

Kinq vəfat etdikdən sonra şirkətlərdən bəziləri iflas dövrünü yaşamağa başlayıb. Oğlu Jr. də bunu əsas gətirərək aparıcının bütün şirkətlərinin idarəsinin ona verilməsini tələb edir. 

Şoun isə buna etiraz edərək məhkəməyə üz tutub. O bildirib ki, Kinqin 22 illik arvadı olub və indi şirkətləri idarə etmək onun haqqıdır. Aparıcınn sərvəti ümumilikdə 144 milyon dollardır (244 milyon 800 min manat).

Qeyd edək ki, 59 yaşında dünyasını dəyişən Larri, bu günə qədər 8 dəfə ailə həyatı qurub, 5 övladı var.