12 yaşında "Harri Potter" filminə çəkilərək ulduz olan Denyl Redklif oynadığı obraz haqqında maraqlı açıqlamalar verib.
Unikal.org xəbər verir ki, aktyor “Empire” jurnalına müsahibəsi zamanı filmdə oynadığı rolun hələ də təsirindən çıxa bilmədiyini bildirib:
“Harri Potter ilə olan bağımı hələ də qopara bilmirəm. Onu hazırda ifa etdiyim bütün rollarda hiss edirəm. Qazandığım məşhurluğuma görə şükr edirəm. Bu film və Harri obrazı mənə həyatdan nə istədiyimi öyrətdi. Əgər bu həyatdan nə istədiyinizi tez öyrənirsinizsə, deməli şanslısınız.”