"Bu gün uşaqlara güclü olmağı öyrətmək lazımdır. Xarici film və serialların təsiri ilə böyüyən uşaqlar problemdən qaçmağı sui qəsddə görürlər. Valideynləri qınayırsınız ki, uşağı dinləmir, əzab verdi. Əzad nədir bilirsiniz: Kənddə böyümək lazımdır, 7 yaşdan başlayaraq səhər 5-də oyanıb qaranlıqda həyətə düşüb torpağı şumlamaq, sonra gəlib çatdırmadığın dərsləri oxumaq, qaçaraq nahar edib 8-də məktəbə getmək. Məktəb uşağın istirahəti sayılırdı".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova sosial şəbəkədə yazıb. Sənətçi gənclərin intihar etməsindən bəhs edib:
"Evə gəldikdən sonra yemək hazırlamaq və yenidən həyət şumlamaq, alaq təmizləmək... Saat 5-ə qədər işləyirsən, sonra mal-qara, axşama qədər davam edir... Hələ dərsi öyrənir və valideynə danışırsan da. Bəli, bu, real həyat olub. İndi yox, mənim uşaqlığımda. Çox yaxın qohumlarım belə həyat yaşayıblar. Valideyn üçün biz həmişə uşaq olmuşuq. Nə biz onların, nə onlar bizim söhbətimizə qarışmayıb.
Yazmaqda məqsədim odur ki, uşaqlara güclü olmağa kömək edin. "Sənin atan, anan nə pis insandır, ixtiyarı yoxdur" deməkdənsə, məsləhət verin: Pis günün ömrü az olur, özün oxuyub iş taparsan, pul qazanarsan, azad olarsan, istədiyin arzuna doğru addım atarsan.
Hamı yüksək səviyyədə yaşamır. Elə ev var ki, vəziyyət o qədər ağırdır ki, valideyn əsəbi olur, evdəkilərə əsəbiləşirlər. Təsəllini bunda tapırlar. Əminəm ki, 35 yaşdan yuxarı və kənddə böyüyən o qədər uşaq var ki, indikilər onların gördüyü əziyyətin yarısını görməyiblər.
Kənddə maşınla məktəbdən evə gəldim, yol bitmək bilmədi. Düşündüm ki, mən necə o vaxtlar piyada getmişəm. Hər səhər saat 7-də bir saat yol getmişəm. 6 yaşım olub, 1 saat ora, 1 saat evə... Avtobus, çətir olmayıb. Hər il pnevmoniya olurduq. Valideynimizi ittiham etməliyik? Niyə? Onlar bizdən də çətin vəziyyətdə olublar. Biz əziyyət çəksək də, evdə yemək hardan gəldi düşünmürdük.
Dəhşətə gəlirəm, hər gün bir uşağın canına qəsd etməsini görüb ürəyim ağrıyır. Allah gənclərə də, valideynlərə də kömək olsun".