Əməkdar artist Kübra Əliyeva plastik əməliyyat olunub.
Unikal.org xəbər verir ki, aktrisa bu barədə "Elgizlə izlə" proqramında qeyd edib.
Belə ki, K.Əliyevanın qarın nahiyəsindən piy alınaraq, üzünə vurulub. Aktrisa daha sonra verilişə qatılıb. "Sinirlərim düzgün müalicə olunmadığı üçün üzümdə o hal yaranmışdı. Üzümdə kontraktura pozulmuşdu", deyə sənətçi söyləyib.